“Formula-1”dən ölkəmizə gələn vəsait 500 milyon dollardan çoxdur - AÇIQLAMA

“Yarışın ilk dörd ilinin hesabatına əsasən, ölkəmizə birbaşa və dolayı yolla gələn vəsait 500 milyon dollardan çoxdur”.
Oxu.Az xəbər verir ki, bu sözləri 2023-cü il “Formula-1” Azərbaycan Qran-prisinə bilet satışı ilə bağlı təşkil edilən mətbuat konfransında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) milli mətbuat katibi Turab Teymurov deyib. 
O əlavə edib ki, təkcə 2021-ci ildə bu yarış hesabına Azərbaycanı, Bakını 60 milyondan çox insan izləyib:
“2020-ci ildə Azərbaycana 70 fərqli ölkədən 10 minə yaxın insan gəlmişdi”.