Argentina prezidenti Alberto Fernandez Qətərə getməyəcəyini və Dünya Çempionatının final oyununa evdə baxacağını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə A.Fernandez bu barədə özünün "Twitter" səhifəsində yazıb.
"Milyonlarla həmyerlilərim kimi mən də evdə dünya çempionatının finalından həzz alacağam. Mən bu fantastik anı əvvəlki kimi xalqımla birlikdə qarşılayacağam. Ən yaxşılarımız meydanda, şanlı azarkeşlər isə tribunada olacaq", - deyə Argentina prezidenti bildirib.
Qeyd edək ki, bu gün saat 19:00-da Argentina və Fransa milliləri arasında dünya çempionatının final oyunu baş tutacaq.