Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Taysona qarşı zorlama ittihamı irəli sürülüb.
5 milyon dollarlıq iddiada yazılıb ki, hadisə 1990-cı illərin əvvəllərində ABŞ-nin Olbani şəhərində baş verib.
Qadın iddia edir ki, boksçu onu limuzində zorlayıb.
“Mayk Taysonun hərəkətləri fiziki, psixoloji və emosional travma almağıma səbəb olub”, - məhkəməyə təqdim edilən iddiada yazılıb.
Xatırladaq ki, Mayk Tayson artıq bir dəfə - 1992-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı olmuş qadını zorladığına görə azadlıqdan məhrum edilib.
Məhkəmə M.Taysona altı illik həbs cəzası versə də, sabiq boksçu üç ildən sonra azadlığa çıxa bilmişdi.
Mənbə: Daily Mail