Türkiyədə Mərkəzi Hakimlər Komitəsinin sədri istefa verib

Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Sabri Çelik vəzifəsindən ayrılıb.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, o, istefa ərizəsini TFF-yə təqdim edib. Çelik MHK üzvləri ilə birlikdə istefa verib.
Sədrin ərizəsinin qəbul olunduğu bildirilib.
Qeyd edək ki, Sabri Çelik ötən ilin aprelində bu vəzifəyə təyin edilmişdi. O, cəmi 9 ay postunda qalıb.