Cüdoçumuz Portuqaliyada gümüş qazandı

Cüdoçumuz Elcan Haciyev Portuqaliyada Qran-Pri turnirində gümüş medal qazanıb.

Sherg.az xəbər verir ki, o, yanvarın 27-dən 29-dək Portuqaliyanın Almada şəhərində keçirilən turnirin ikinci günündə - 81 kiloqram çəki dərəcəsində mübarizə aparıb və yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, idmançımız 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.