"Milan"ın futbolçusu Zalatan İbrahimoviç əfsanəvi boksçu Məhəmməd Əlinin onun kumiri olduğunu bildirib.
Qol.az xəbər verir ki, isveçli hücumçu italiya mətbuatına müsahibəsində amerikalı boksçu haqda deyib:
“Atam mənə Məhəmməd Əlinin çoxlu videolarına baxmağımı tapşırmışdı. Onun xarakterini çox sevirəm. Danışın, amma sözlərinizə cavabdeh olun. Özünüzü kimsə hesab etdiyiniz üçün deyil, özünüzə güvəndiyiniz üçün danışın".
İbrahimoviç futbolçular arasında braziliyalı Ronaldonu tarixin ən yaxşısı hesab etdiyini bildirib: "Mən onun arxasınca getdim, ona baxdım. O, hər kəsin bacarmaq istədiyini etdi. Hələ görmədiyiniz şeyləri etdi. Hamı onun oyununu təkrarlamağa çalışırdı. Sonra mən onunla görüşə bildim, onunla olmasa da, ona qarşı oynadım".