"Yuventus"dan gözlənilməz məğlubiyyət

İtaliya A seriyasında 20-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, bu gün "Yuventus" öz meydanında "Monza" ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.


"Yuventus" - "Monza" - 0:2

Qollar: Curria, 18, Mota, 39

Bu nəticədən sonra "Monza" 25 xalla 11-ci, ötən həftə maliyyə fırıldağına görə 15 xalı silinən "Yuventus" isə 13-cüdür. Turin klubunun 23 xalı var.