“Qalatasaray” doğma meydanda “Trabzonspor”u məğlub edib


Futbol üzrə Türkiyə çempionatında "Qalatasaray" doğma meydanda "Trabzonspor"u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda ev sahibi qalib gəlib - 2:1.

Oyunun 12-ci saniyəsində “Trabzonspor”un uruqvaylı forveti Maxi Gomez hesabı açıb. 19-cu dəqiqədə isə Mertens bərabərliyi təmin edib – 1:1. Ev sahibi 52-ci dəqiqədə on bir metrlik cərimə zərbəsi vurmaq şansı qazanıb və Mauro İcardi “Qalatasaray”ı 2:1 önə keçirib. Bu, oyunda vurulan son qol olub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbahçe” 45 xalla ikinci, “Medipol Başakşehir” isə 40 xalla üçüncü pillədədir.