Ukrayna Ali Radası Mixail Saakaşvilinin xaricə müalicə üçün təcili göndərilməsinin zəruriliyi ilə bağlı Gürcüstana, Avropa Parlamentinə, Aİ Şurasına, Avropa Komissiyasına, AŞPA-ya və Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə müraciətlə bağlı qətnamə layihəsini dəstəkləyib.
Bu qərara 311 deputat müsbət səs verib.
Millət vəkilləri Gürcüstan hökumətindən Saakaşviliyə lazımi tibbi yardım göstərməyi və lazımi müalicə üçün onun xaricə aparılmasına icazə verməyi xahiş ediblər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünya ictimaiyyətini Saakaşvilinin həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıb. Eyni zamanda, Ukrayna artıq rəsmi olaraq Gürcüstandan onun müalicəyə göndərilməsini xahiş edib.
Mənbə: rbc.ua