“Çelsi” onu Acunun klubuna satdı

"Hall Siti” bu mövsümün əvvəlində “Çelsi”dən icarəyə götürdüyü Xavyer Simonsu birdəfəlik transfer edib.

Qol.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi “Hall Siti” ilə 2026-cı ilin iyununa kimi müqavilə bağlayıb.

Simons “Hall Siti”yə bu mövsümün əvvəlində icarə əsasına keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Hall Siti"nin sahibi  türkiyəli iş adamı, TV8-in rəhbəri  Acun Ilıcalıdır.