"Turan Tovuz" komandası növbəti transferini açıqlayıb.
Klubdan "Report"a verilən məlumata görə, bölgə təmsilçisi qapıçı Aydın Bayramovu heyətinə qatıb.
27 yaşlı qolkiperlə 1+1 illik rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu "Sumqayıt" olan Bayramov karyerası ərzində MOİK və "Sabah"ın da formasını geyinib.