Avropa Oyunlarının ikiqat qalibi : "Çox xoşbəxtəm"

"Çox xoşbəxtəm. Karateçilərimiz 2 qızıl, 1 bürünc medal qazandılar. Hamını təbrik edirəm".

Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın karateçisi İrina Zaretska deyib.

68 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı final görüşünün çətin keçdiyini bildirib: "Mənim üçün prinsipial rəqib idi. Son saniyələrdə dönərək ayaqla vurduğum zərbə mənə qələbə qazandırdı. Bakıdakı Avropa Oyunlarında da belə olmuşdu".

O, sonda Azərbaycanı çox sevdiyini söyləyib: "Hamınızı öpürəm".

Qeyd edək ki, İrina Zaretska Avropa Oyunlarının ikiqat qalibidir.