“Çelsi” 18 yaşlı braziliyalı hücumçunun izinə düşüb

London “Çelsi”si yay transfer pəncərəsində “Santos”un braziliyalı hücumçusu Anjelonu heyətinə qatmağı planlaşdırır.

Klublar danışıqlar mərhələsindədir.

İnsayder Fabrisio Romanonun məlumatına görə, “zadəganlar” gənc hücumçu üçün 15 milyon funt-sterlinq təklif ediblər. Tərəflər sazişi imzalamağa yaxındırlar.

Qeyd edək ki, Anjelo 2022/23 mövsümündə “Santos”un heyətində bütün yarışlarda 32 oyuna çıxıb. Hücumçunun hesabına 2 qol və bir məhsuldar ötürmə var. “Transfermarkt” oyunçunu 13 milyon avro qiymətləndirir.