İngiltərə Premyer Liqasının 7-ci həftəsində "Tottenhem" "Liverpul"u 2:1 hesabı ilə məğlub edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, "Tottenhem"in qollarını 36-cı dəqiqədə Heung Min Son və 90+6-cı dəqiqədə topu öz qapısına göndərən Coel Matip olub. 45+4-cü dəqiqədə Kodi Qakpo “Liverpul”un qapısından qol vurub.
"Liverpul"da Körtis Cons matçın 26-cı dəqiqəsində birbaşa, Dioqo Jota isə 69-cu dəqiqədə ikinci sarı vərəqədın sonra qırmızı vərəqə alıb.
Bu nəticədən sonra "Tottenhem" xallarını 17-yə yüksəldib. "Liverpul" 16 xalda qalıb.