İngiltərə çempionatında çıxış edən "Hull Citi"nin sahibi Acun Ilıcalı komandanın çalışdırıcısı ilə yeni müqavilə və transferlə bağlı açıqlama verib.
Sherg.az BBC-yə istinadən xəbər verir ki, Ilıcalı, "Qapalı matçlara nifrət edirəm. 0-0 bitən matçlar mənim üçün deyil. Liam Rosenior komandanın başına keçəndən sonra 3 və ya 4 matçımız 0-0 bitdi. Futbol bir əyləncə oyunudur" deyə bildirib.
Mövsümün ilk transferini reallaşdırdıqlarını bildirən Ilıcalı əlavə edib:
"Artıq bir futbolçu ilə ara transfer dövrü üçün razılaşdıq. Transfer dövrünün ilk günlərində bunu rəsmi olaraq açıqlayacağıq. 2-3 transfer etmək istəyirik. Bu, azarkeşlərimizi sevindirəcək”.
Əvvəlki günlərdə 3 illik yeni müqavilə imzaladıqları məşqçi Liam Rosenior haqqında danışan Ilıcalı, "Klubda özünü evdəki kimi hiss edir, hər iki tərəf razılaşmadan çox razıdır" deyə bildirib.