"Beşiktaş"ın gündəmində yeni baş məşqçi...

Rıza Çalımbayla yollarını ayırdıqdan sonra yeni məşqçi axtarışlarını davam etdirən "Beşikaş"ın Leonardo Jardimi də gündəmə gətirdiyi iddia edilib.

Sherg.az xəbər verir ki, Məşqçi axtarışlarını davam etdirən "Beşiktaş"ın gündəmində Leonardo Jardim də var.

"Sabah" qəzetinin xəbərinə görə; Qətərin “Ər Rayyan” komandasından ayrılmağa hazırlaşan portuqaliyalı çalışdırıcı idarəçilər tərəfindən “ağ-qaralar” klubuna tövsiyə olunub.


Jardim üçün illik ödəniş tələbi 3,5 milyon avro idi. Rəhbərlik Bruno Genesionu siyahının başında saxlasa da, Jardimi də nəzərə alıb.