Mourinyo "Fənərbağça"da: 2 illik müqavilə imzaladığı iddia edilib

Portuqaliyalı baş məşqçi Joze Mourinyonun "Fənərbağça" ilə 2 illik müqavilə imzaladığı iddia edilib.

Sherg.az xəbər verir ki, "Fənərbağça"nın prezidenti Ali Koç və "Fənərbağça"nın İdman direktoru Mario Branko Mourinyo ilə görüşərək razılığa gəlib.

Sky Sport-un xəbərinə görə; Mourinyo "Fənərbaxça" ilə 2 illik müqavilə imzalayacaq.

Rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.

Demək olar ki, baş məşqçi olduğu bütün klublarda kuboklar qazanan 61 yaşlı çalışdırıcının məşqçilik karyerasında 26 kuboku var.

Aldığı təzminatla rekord qıran Mourinyo 7 dil bilir.