"Fənərbağça"nın keçmiş prezidenti və yenidən prezidentliyə namizədi Əziz Yıldırım seçiləcəyi təqdirdə "Fənərbağça"nın banklara olan borclarının 2 il ərzində bağlayacağını bildirib.
Sherg.az xəbər verir ki, "Fənərbaxça"nın faizlə birlikdə banklara 4 milyard lirə borcu olduğunu xatırladan Yıldırım, inkişaf etdirəcəkləri layihələrlə bu borcu ödəyəcəklərini bildirib.
Lazım olsa öz cibindən pul qoyacağını deyən Yıldırım, "Bank borclarını iki ilə ödəyəcəm. Bir müddət idarə edəcəm, sonra gedəcəm" deyib.