Joze Mourinyonu “Fənərbaxça” azarkeşləri qəhrəman kimi qarşıladı

Joze Mourinyonun "Fənərbaxça"ya imza atması dünya mətbuatında geniş işıqlandırılıb. Marca: "İnanılmaz, amma doğrudur!, "Sky Sports, "Joze Mourinyonu "Fənərbaxça"lı azarkeşlər qəhrəman kimi qarşıladılar" başlığını yazıb. 
Sherg.az dünya mediasından həmin başlıqları təqdim edir.

Marca

"İnanılmaz amma doğrudur! Joze Mourinyo "Fənərbaxça"nın yeni baş məşqçisi oldu. "Xüsusi birisi" üçün "Fənərbaxça"da çılğın mərasim keçirilib."

Sky Sports

Joze Mourinyonu “Fənərbaxça” azarkeşləri qəhrəman kimi qarşıladı”.

Mirror

Joze Mourinyo minlərlə azarkeş önündə komandanın yeni rəhbəri oldu və Fənərbaxça azarkeşlərinə söz verdi”.

Daily Mail

"Portuqaliyalı əfsanə 5 aydan sonra futbola qayıdıb. Joze İstanbulda on minlərlə coşqun azarkeş qarşısında təqdim olunub".

Goal
Joze Mourinyo minlərlə azarkeş qarşısında imza ataraq, "Fənərbaxça"lı azarkeşləri cəsarətli vədlərlə həyəcanlandırdı”.

Bild

"Joze Mourinyo pop ulduzlarına tanış olan coşğu ilə qarşılandı".


A.S.

"Çempionat şənliklərinin coşğusunda baş tutan mərasimdə Mourinyo "Bu forma indi mənim dərimə bənzəyir" dedi."


The Sun

"Kiçik ordu! Joze Mourinyonu təqdim edərkən, on minlərlə azarkeş məşəl və şüarlarla yeni məşqçisini qucaqladı."

BBC

“Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo “Bu forma indi mənim dərimə bənzəyir” sözləri ilə azarkeşləri coşdurdu”.

Atletik

"Stadionda on minlərlə azarkeş var idi. Mərasimi YouTube-da 200 mindən çox insan izləyib".