2023-24 mövsümünün bombardiri olan "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi üçün bir çox klublardan təkliflər gəlir.
Sherg.az "Sabah"a istinadən xəbər verir ki, bir müddət əvvəl ABŞ-dan təklif alan İkardi onunla maraqlanan klubların təklifini rədd edib.
"Qalatasaray"la daha 2 illik müqaviləsi olan və bunun üçün 10 milyon avro qazanan İkardi çempionat şənliklərində verdiyi açıqlamada bu ifadələrdən istifadə edib:
"Milyonlarla avro dəyərində təkliflər olub. Mən bura pul üçün deyil, çempionluq üçün gəlmişəm. Gələn il burada olacam və 5-ci ulduz üçün çalışacağam".