Acun Ilıcalı: Biz fərqli komandayıq, bir az dəliyik!

"Fənərbaxça" İdarə Heyətinin üzvü Acun Ilıcalı prezident seçkilərindən sonra açıqlama verib.
Sherg.az xəbər verir ki, Acun Ilıcalı səssizliyini pozub və seçkidən sonra bunları deyib:

""Fənərbaxça" bizim bu birliyimizlə böyük yerlərə gələcək. Biz fərqli komandayıq, bir az dəliyik. Fərqliyik. Damarlarıma işıəyib. Uşaqlığımdan bəri "sarı-tünd mavi" rənglərə olan sevgimiz çox fərqlidir. Biz azarkeşlərimizi sevindirmək istəyirik, ümid edirəm ki, uğur qazanacağıq”.

Acun Ilıcalı seçki prosesinə də toxunaraq, "Yorucu bir proses idi. Layihələrimizi izah etməkdənsə, haqqımızda yazılan böhtanlara cavab verdik. Çox təəssüf edirəm. Ümid edirəm ki, cəmiyyətdəki parçalanma həqiqətən də sona çatar. "Fənərbaxça"nın bir yumruq olmasını diləyirəm, bizim yaşadıqlarımızı inşallah başqa heç bir namizəd yaşamaz. Biz çox istəkliyik. Tamaşaçılarımız bizi dəstəkləyir və konqres üzvlərimiz də bizləri seçdi. Biz gecə-gündüz çalışacağıq” deyib.