
Politoloq: ABŞ Azərbaycana qarşı olan mövqeyində əsaslı dəyişikliklər etməlidir
Yusif Sultanoğlu
09:45 11.06.2024
Siyasət
619
Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülh əldə edilməsi səylərini dəstəkləyir.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen ABŞ-Ermənistan Strateji Dialoqu üzrə iclasın açılışı zamanı çıxışında deyib.
Ceyms O'Brayen Vaşinqtonun regionda davamlı sülhün bərqərar edilməsi səylərini dəstəklədiyini vurğulayıb.
"Biz həmçinin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi üzərində işləyirik və Ermənistanla Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək. Və biz bu sahədə səyləri dəstəkləməkdən məmnunuq", - o əlavə edib.
O’Brayenin fikirlərinə münasibət bildirən politoloq Sultan Zahidov “Sherg.az”a söyləyib ki, Amerika Birləşmiş Ştatları Azərbaycan müstəqillik əldə etdikdən sonra və “Dağlıq Qarabağ münaqişəsi” olduğu ərəfələrdə də daimi şəkildə sülhü dəstəklədiyini bildirirdi:

“Amma əfsuslar olsun ki, ABŞ-nin bu kimi bəyanatları reallıqda özünü doğrultmayıb. Bir çox hallarda Ermənistana verilən dəstək, 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən 907 saylı düzəliş, 1999-cu ildə Vaşinqton prosesindəki iştirakı və İkinci Qarabağ müharibəsindən sonra ABŞ-nin mövqeyində dəyişən fikirlərin səsləndirilməsi Amerikanın sadəcə olaraq öz maraqlarını güddüyünü göstərir. ABŞ bu tələblərdən irəli gələn addımlar atır. Regionda hazırki geosiyasi konyektura göstərir ki, ABŞ və Rusiya arasında postsovet məkanında amansız qarşıdurma gedir. Rusiya və Ukrayna müharibəsi həmin münaqişəni daha da kəskinləşdirir. ABŞ-nin əsas strateji məqsədi postsovet məkanında Rusiyanın təsir dairəsini azaldaraq öz nüfuzunu artırmaqdır. Belə olan halda fərqli-fərqli regionlarda Amerika özünə dayaq nöqtələri axtarır. ABŞ Cənubi Qafqazda dayaq nöqtəsi olaraq Ermənistanı görür. Amerikanın Ermənistanla birgə hərbi təlimlər həyata keçirməsi, ötən ilin payızında Ceyms O’Brayenin Amerika Senatının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər ABŞ-nin mövqeyində sabitliyin olmamasından xəbər verir. Bu addımlardan sonra rəsmi Vaşinqton müəyyən xətalar etdiyini özü də dərk edib və Azərbaycanla münasibətlərini yenidən normallaşdırmağa çalışır. Amerika son bir neçə ayda Azərbaycan istiqamətində müsbət addımlar atır. Aprel ayında ABŞ-nin xarici işlər naziri Antoni Blinkenin delimitasiya və demarkasiya komissiyalarının uğurlarla bağlı verdiyi açıqlama, Prezident Co Baydenin ölkə başçısı İlham Əliyevə ünvanlandığı məktublar buna nümunədir. Amma Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün bəyanatlar kifayət etmir. Əvvəlcə ABŞ Azərbaycana qarşı olan mövqeyində əsaslı dəyişikliklər etməli və Ermənistanı sülh prosesinə sürükləməlidir. Yəni Ermənistana təzyiq göstərməlidir ki, konstitusiyada dəyişiklik etsin, Zəngəzur dəhlizinin açılmasına şərait yaratsın və şərti sərhəddə Azərbaycana qarşı təxribatlar həyata keçirməsin. Əgər bunlar baş verərsə, ABŞ-nin həqiqətəndə regionda sülhə maraqlı olduğunu deyə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm