"Beşiktaş"da transfer səylərinin sürətləndiyi bir vaxtda Anxel Di Maria ilə bağlı yeni iddia ortaya atılıb.
Sherg.az "TRT Spor"a istinadən xəbər verir ki, "Beşiktaş" rəhbərliyinin Anxel Di Marianı transfer etmək üçün bütün şərtləri irəli sürdüyü qeyd edilib.
Argentinalı ulduz futbolçu ilə əlaqə qurulduğu və “ağ-qaralar”ın müşaviri Bred Fridelin konkret addımlar atdığı iddia edilib.
"Benfika"dan ayrılan və hələ də transfer haqqı olan Di Marianın Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etdiyi öyrənilib.
Bu transferdə “Beşiktaş”ın ikinci prezidenti Hüseyn Yücəlin fəal rol oynadığı da vurğulanıb.
Ötən mövsüm "Benfika"nın heyətində 49 rəsmi oyuna çıxan Di Maria bu matçlarda 17 qol vurub və 15 məhsuldar ötürmə edib.