UEFA əfv etmədi: Ronaldo ilə foto çəkdirən türk fanatın cəzası...


Futbol üzrə Avropa Çempionatının F qrupunda Türkiyə milli komandasının Portuqaliya ilə keçirdiyi matçın ikinci yarısında Ronaldo ilə selfi çəkmək üçün meydana daxil olan türkiyəli azarkeş Berat Uluğ UEFA tərəfindən cəzalandırılıb.

Sherg.az xəbər verir ki,  UEFA-nın son illərdə "sıfır dözümlülük" tətbiqi çərçivəsində meydançaya atılan azarkeşlərə verdiyi cəzaların sonuncusu Berat Uluğ olub. 
İngilis mediası Türkiyə-Portuqaliya matçında meydana daxil olan azarkeşləri "Ronaldo sirki" kimi şərh edib. Qəzetlər dünya şöhrətli futbolçu üçün meydana çoxlu adamın girdiyini yazıb. Oxşar vəziyyət Ronaldo üçün Çexiya matçında da baş verib.

Təhlükəsizlik zəifliyinə görə UEFA-nın ciddi araşdırmaya başlayacağı bildirilib. Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez, “Xoşbəxtlikdən meydana daxil olanların niyyətləri yaxşı idi. Əks təqdirdə onlar oyunçulara zərər verə bilərdi" deyib.

Matç öncəsi dostları ilə mərc edən Berat bu barədə atası Çətin Uluğa heç nə deməyib. O, sadəcə “tualetə gedirəm” deyərək meydanı tərk edib. Ata Uluq vəziyyəti "Birdən skamyanın damında gördüm və qaçmağa başladı" deyə dəyərləndirib.

Almaniya klublarından KSV Hessen Kasselin U11 komandasının 10 nömrəsi olan Berat, “Arzularımı gerçəkləşdirdim. İndi mənim Ronaldo ilə şəklim var. Mən bunu köynəkdə çap edib otağımda saxlayacağam” deyə bildirib.

 Alman komandasındakı balaca futbolçunun məşqçisi də türkdür - Turqay Gölbaşı... Ronaldo ilə çəkdirdiyi şəkli paylaşan Berat özü ilə bağlı xəbəri də sosial şəbəkədə yayıb.

İngiltərənin "Ekspress"  qəzetinin məlumatına görə, UEFA Kriştian Ronaldo ilə selfi çəkdirmək üçün meydançaya atılan  Berat Uluğu turnirin qalan hissəsində matçlardan uzaqlaşdırıb.

Xəbərdə aşağıdakı ifadələr yer alıb:

UEFA şənbə günü meydançaya qaçaraq Kriştiano Ronaldo ilə selfi çəkən oğlanın Avro 2024-də bütün matçlardan kənarlaşdırılacağını açıqlayıb.

Hadisə "Signal Ifuna Park"da Portuqaliyanın Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi matçda baş verib. Qırmızı köynək geyinmiş gənc oğlan orta dairəyə doğru qaçıb, telefonunu çıxarıb və gülən Ronaldonun kadra düşməsi üçün əyilib selfi çəkib.



Daha sonra gənc oyunçu mühafizəçilərdən qaçmağa başlayıb, lakin tutularaq stadiondan çıxarılıb. Matçdan sonra sosial şəbəkədə paylaşılan foto qısa zamanda gündəm olub.

Bu hadisə bir çox insanın ürəyini isitsə də, UEFA meydanın "işğalının" ağır cəza ilə nəticələnəcəyini bəyan edib. Adətən, belə şəxslərə qarşı  cinayət işi açılır, lakin uşağın yaşını nəzərə alaraq, buna müraciət edilməyəcək.

UEFA rəsmisi "Ekspress"-ə deyib: Meydançaya hər hansı giriş stadion qaydalarının pozulmasıdır və belə hərəkətə görə rəsmi cinayət işi qaldırılır. Lakin yetkinlik yaşına çatmayanlar üçün cinayət məsuliyyəti nəzərdə tutulmur, lakin onu müşayiət edən böyüklər uşağın stadion qaydalarına əməl etməsinə cavabdehdir.

Şənbə günü ikinci hissədə  ümumilikdə beş azarkeş meydana daxil ola bilib. Hamısı da hər hadisədə daha da əsəbiləşən Ronaldo ilə şəkil çəkdirmək üçün cəza alma riskini göz altına alıb.
.