Bill Geyts ikinci dəfə baba olacaq

“Microsoft” şirkətinin qurucusu Bill Geyts ikinci nəvəsini qucağına alacaq. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, dünyanın ən məşhur və ən varlı adamlarından birinin qızı Jennifer Geyts ikinci dəfə ana olmağa hazırlaşır. Bu barədə Jennifer Geyts özü sosial media hesabından bəyan edib. Jennifer Geytsin anası Melinda Frençdir. Jennifer 2021-ci ildə misirli Nayel Nassar ilə ailə qurub. Cütlüyün Leila adında qız övladı var. Həyat yoldaşı ilə fotolarını paylaşan Jennifer Geyts “ikinci körpə ailəyə daxil olur” sözlərini yazıb. Daha sonra isə qızıyla fotosunu paylaşaraq “Leila bacı olmağı öyrənir”, yazıb. Bill Geyts isə nəvəsinin ilk ad günündə birgə fotolarını paylaşaraq bu sözlərlə təbrik etmişdi: “Dünyaya gəlişin mübarək olsun, Leila. Çox yaxşı bir il keçirdin. İkinci ilində nələr öyrənəcəyini, nələr kəşf edəcəyini görmək istəyirəm və səbirsizliklə gözləyirəm”.