Futbolçusu qırmızı vərəqə aldı, məşqçi meydanda əsəbini cilovlaya bilmədi


İtaliya C Seriyasının 14-cü həftəsində "Triestina" və "GIANA Erminio" üz-üzə gəlib. "GIANA Erminio" səfər matçını 1-0 qabaqda bitirib, lakin bir oyunçunun qırmızı vərəqə almasından sonra baş verənlər matçı gündəmə gətirib.

Sherg.az xəbər verir ki,  "GIANA Erminio" səfərdə "Triestina" üzərində 1:0 hesabı ilə qalib gəlib. "Triestina"da Raimonds Krollis qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Qırmızı vərəqədən sonra meydandan kənara çıxan futbolçu baş məşqçi Pep Klotet tərəfindən qarşılanıb. İspan çalışdırıcı oyundan qovulan futbolçusunun meydanda yaxasından tutaraq sözün əsl mənasında dərsini verib. Krollis hadisədən sonra paltardəyişmə otağına gedib.

47 yaşlı məşqçi əvvəllər "Oksford" və "Birmingem" kimi komandaları çalışdırarkən əsəbi davranışı ilə tanınırdı.