Niyazi Bayramov COP29-da Yaşıl Şəhər Liderlərinin dəyirmi masasında iştirak edib
Yusif Nəzərli
06:07 22.11.2024
COP29
547
COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masası keçirilib. Dəyirmi Masa şəhərlərin iqlim fəaliyyəti üzrə ən yaxşı təcrübələri bölüşmək, bu sahədə dialoq, innovativ yanaşma və və maliyyə həllərinin tətbiqinə nail olmaq məqsədilə təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, habelə Azərbaycanın müvafiq dövlət qurumlarının, SPECA ölkələrinin, BMT-nin, və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.
İH-dən APA-ya verilən xəbərə görə, tədbirdə AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Drakinos və Bankın Yaşıl Şəhərlər Proqramının rəhbəri Lin Oqreydi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov açılış nitqi ilə çıxış edərək, SPECA çərçivəsində iqlim məsələləri ilə bağlı səmərəli əməkdaşlıq barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində panel sessiyalarda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Asiya İnfrastruktur İnvestisiya Bankının, Asiya İnkişaf Bankının və BMT-nin Asiya və Sakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri SPECA çərçivəsində ölkələrin və şəhərlərin iqlim məsələləri ilə bağlı tərəfdaşlıq təşəbbüslərinin önəmini qeyd ediblər. Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizədə şəhərlər ön sıralardadır və onlar arasında əməkdaşlığın gücləndirilməsi regionun bu sahədə çağırışların öhdəsindən gəlməsi üçün əhəmiyyət kəsb edir. SPECA ölkələrinin müvafiq şəhərlərinin bu mühüm təşəbbüslə çıxış etməsi iqlim sahəsində həllərin işlənib hazırlanması və həyata keçirilməsi üçün vacibdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tacikistanın Düşənbə şəhəri sədrinin birinci müavini Cəmşid Tabarzoda SPECA İqlim Şəhərləri Forumunun bütün iştirakçı şəhərlərə qarşıya qoyulan məqsədlərin səmərəli həyata keçirilməsinə imkanlar yaradacağını bildiriblər.
Dəyirmi Masanın nəticəsi olaraq, SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb. Sənədə əsasən iştirakçı şəhərlərin iqlim sahəsi üzrə ümumi məqsədlərin reallaşması üçün sıx əməkdaşlığı nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət