
Tanınmış həkim: İnsanlar meymun çiçəyindən özünü qorumalıdır
10:57 02.12.2024
Sağlamlıq
810
Meymun Çiçəyi xəstəliyi nadir, lakin yoluxucu bir virus infeksiyasıdır. Meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi və əsasən qərbi və mərkəzi Afrikada yayılmış nadir xəstəliklərdəndir. Hal-hazırda Avropanın bir neçə ölkələrində aşkarlansa da, yoluxuculuq riski aşağı olan viruslardandır.
Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. Adından görsəndiyinin əksinə olaraq, xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, meymun çiçəyi 1972-ci ildə Afrikada, 2020-ci illərdə isə Avropanın ölkələrində, Şimali Amerikada və digər ölkələrdə ilk dəfə görülmüş və Birləşmiş Millətlər Təşkilatı tərəfindən həmin virus artıq tanınmış və vüsət almağa başlamışdır:

“Xəstəlik birbaşa olaraq meymun çiçəyi olan xəstələrlə təmasda olduqda, yaxud xəstənin paltarı və cinsi yolla keçir. Xəstəlik iki, dörd həftəyə qədər davam edir. Bu zaman dəridə iri səpgilər içərisində maye yaranır. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı adından mpox yeni adı ilə artıq dünya çapında məşhurlaşıb. Ümumiyyətlə, mpox ilə karona virusunun bir çox fərqləri var. Karonada virusu özünü və formasını dəyişdirə, yeniləyə bilirdi. Amma meymun çiçəyində xüsusiyyətlər yoxdur. Xəstəlikdən öncə halsızlıqlar başlayır, dəridə səpgilər və başağrısı olur. Meymun çiçəyi xəstəliyindən insanlar özünü qorumalıdır. 2025-ci ildə artıq bu çiçəklə yenidən qarşılaşma təhlükəsi ilə üz-üzəyik. Covid də biz xəstəliyi gözümüzlə görə bilmirdik. Amma çiçək virusunda xəstənin üzərində olan dəyişiklikləri görə bilirik. İçərisində maye və yaxud irin olan o qabarcıqlar da tədricən sorulur, quruyur və qabıqlanır. O qabıqlar da zaman-zaman müəyyən müalicələrdən sonra tam yox olub gedir. Çiçəyə görə artıq vaksin əldə olunduqdan sonra demək olar ki, epidemiya şəklində yayılmasına son qoyulmuşdu. Ümumiyyətlə, yenə də insanlar diqqətli olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya