Ali Koç "Fənərbağça"dakı vəzifəsindən ayrılır? – Aziz Yıldırmla görüşəcəklər

Türkiyə nəhənglərindən olan "Fənərbağça" klubunun hazırkı prezidenti Ali Koç vəzifəsindən ayrıla bilər.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Ali Koç bu səbəbdən Aziz Yıldırım ilə görüşmək və bu mövzunu müzakirə etmək qərarına gəlib.

Aziz Yıldırım isə Ali Koçun təklifini qəbul edərək ona dəstək olacağını bildirib.

Qeyd edək ki, o, 2018-ci ildən bu yana "Fənərbağça" klubunun prezidentidir.