UEFA AVRO-2028-in fomatında yenilik etdi: Ev sahibi ölkələr...

UEFA İcraiyyə Komitəsi 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin formatını təsdiqləyib.

Publika.az xəbər verir ki, turnirin ev sahibi olan bütün yığmaların (İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya) final mərhələsində iştirakına zəmanət verilməyəcək.

Ev sahibi komandalar seçmə mərhələdə yarışacaq. Final mərhələsində iki yer, seçmə mərhələni keçə bilməyən ev sahibi ölkələr arasında ən yüksək reytinqə malik olanlar üçün ayrılacaq.

Qeyd edək ki, AVRO-2028 İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada baş tutacaq. Turnir final mərhələsində 24 komanda iştirak edəcək.