
Ağa Dadaşzadə: Millimizin yarım müdafiə və hücum xətti bərbaddır
09:36 30.08.2024
İdman
784
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda İsveç və Slovakiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Sherg.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də İsveç , 8-də isə Slovakiya milli komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib:
Qapıçılar:
Mehdi Cənnətov, Rza Cəfərov, Yusif İmanov
Müdafiəçilər:
Amin Seydiyev, Qismət Alıyev, Abbas Hüseynov, Şəhriyar Əliyev, Rahil Məmmədov, Bədavi hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər:
Elvin Camalov, Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Emil Mustafayev, Emin Mahmudov, Ceyhun Nuriyev, Ozanca Kökçü, Toral bayramov, Ramil Şeydayev
Hücumçular:
Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Renat Dadaşov
Qeyd edək ki, komandamızın təlim-məşq toplanışı sentyabrın 2-də başlayacaq.
Məşqlər "Qarabağ Arena"da keçiriləcək. Sentyabrın 4-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyunqabağı son məşq olacaq.
Sentyabrın 6-da isə millimiz Slovakiya ilə matç üçün Koşitseyə yola düşəcək.
Millimizin yeni heyyətini dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a söyləyib ki, Fernandu Santuşun yerlilərə şans verməsi komandanın üstün cəhətidir :

"Santuşun bu addımı təqdirəlayiqdir. Fikrimcə, millimizin yeni heyyəti yaxşı vəziyyətdədir. Ancaq müəyyən çatışmazlıqlar da var. Bu barədə isə Santuşu qınamaq doğru deyil. Çünki ölkədə futbolçı qıtlığı hökm sürür. Azərbaycan milli komandasında yarım müdafiə və hücum xətti bərbaddır. Məsələn, qapıda Rza Cəfərov, müdafiədə "Qarabağ"-ın oyunçuları olsa, uğurlu nəticə əldə etmək olardı. Bu isə məşqçilərin deyil, Azərbaycan futbolunun günahıdır. Heyyəti seçərkən bir qədər dəyişikliklər etsəydilər, daha yaxşı olardı. Məsələn, Elvin Camalovun, Amin Seyidovun, Ceyhun Nuriyevin yerinə, daha inamlı oyunçular gətirmək mümkündür. Ona görə ki, həmin futbolçular güclü performans göstərə bilməyəcəklər. Ancaq yerdə qalan futbolçuların fiziki göstəriciləri və oyun taktikaları yaxşıdır. Son oyunda İsveçə Bakıda 3-0 hesabla məğlub olduq. Ancaq unutmamalıyıq ki, İsveçə xal lazımdır. Hər bir halda Azərbaycanın əzmindən çox şey asılıdır. Slovakiyaya gəlincə isə hesab bərabər olsaydı, çox əla olacaqdı. Nəzərə almaq lazımdır ki, Fernandu Santuşun rəhbərliyi ilə heyyət ilk dəfə oyuna çıxacaq. Buna görə də, qələbə praktika cəhətdən çətindir. Ən yaxşı halda hər oyundan bir xal arzulayıram. Rəqiblərin güclü olması işə işimizi çətinləşdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm