Avropa çempionatı: Günay Məmmədzadə liderlər qrupunda mübarizəsini davam etdirir
04:19 15.08.2021
İdman
448
Avqustun 14-də Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının altıncı turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, 6-cı turda şahmatçılarımızdan Ülviyyə Fətəliyeva rusiyalı Viktoriya Çernyak, Xəyalə Abdulla Rusiyanın digər şahmatçısı Yuliya Qriqoryeva, Nəsrin Babayeva avstriyalı Annika Froevis, Ayan Allahverdiyeva rumıniyalı Liya Mariya üzərində qələbə qazanıblar.
Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadənin turnir cədvəlinin liderlərindən olan ukraynalı Yuliya Osmak, Gülnar Məmmədovanın rusiyalı Anastasiya Bondarok, Xanım Balacayevanın macarıstanlı Tranq Xoanq ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Gövhər Beydullayeva polşalı Yolanta Zavadskaya, Zeynəb Məmmədyarova yunanıstanlı Stavrula Tsolakiduya, Türkan Məmmədyarova sloveniyalı Zala Urxaya uduzublar.
Altı turdan sonra G.Məmmədzadə 5 xalla liderlər qrupunda yer alıb. G.Məmmədova, X.Balacayeva 4, G.Beydullayeva, Ü.Fətəliyeva 3,5, Zeynəb Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, T.Məmmədyarova 2,5, A.Allahverdiyeva 2 xal toplayıblar.
Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avrodur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya