Avropa Liqası: "Spartak" "Napoli"yə qalib gələrək liderliyə yüksəlib
Yusif Nəzərli
17:43 24.11.2021
İdman
439
UEFA Avropa Liqasının qrup mərhələsində V tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
C qrupunda Rusiyanın "Spartak" (Moskva) klubu İtaliya "Napoli"sini qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab erkən qolla açılıb. Moskva təmsilçisinin heyətində Aleksandr Sobolev 3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 24 yaşlı hücumçu 28-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. 64-cü dəqiqədə qonaqlar Elif Elmasın qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Spartak" liderliyə yüksəlib. Eyni xala malik "Napoli" isə 2-ci pilləyə geriləyib.
Qeyd edək ki, bu qrupun digər oyununda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya" İngiltərədə "Lester"in qonağı olacaq. Noyabrın 26-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Varşava klubu 6 xalla 3-cüdür. 5 xalı olan Premyer Liqa təmsilçisi isə sonuncudur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm