Azərbaycan Voleybol Federasiyasına rəhbər seçildi - YENİLƏNİB
Yusif Nəzərli
12:21 26.11.2021
İdman
312
Noyabrın 26-də Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Voleybol Federasiyasının hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.
Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. Cavid Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev 1-ci vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident vəzifəsinə seçiliblər.
www.lasolvan.ru
Узнать больше
Konfransda həmçinin Nicat Quliyev və Kamal Hüseynli Azərbaycan Voleybol Federasiyası İdarə Heyətinə üzv seçiliblər.
Konfransda federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.
15:00
Bu gün daha iki idman federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, saat 16:00-da Azərbaycan Voleybol Federasiyasında və bundan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasında oxşar yığıncaq baş tutacaq.
Hər iki tədbir Gənclər və İdman Nazirliyində baş tutacaq.
Qeyd edək ki, Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, 2016-cı ilin oktyabrın 12-dən bu federasiyanın prezidentidir. Velosiped İdmanı Federasiyasının rəsmi prezidenti isə sabiq vergilər naziri Fazil Məmmədov sayılır. Onun yerinə müdafiə sənayesi naziri Mədət Quliyev namizəddir.
Xatırladaq ki, bu gün Azərbaycan Şahmat Federasiyasında prezident dəyişikliyi olub. Prezident postunda Mərkəzi Bankın sədri Elman Rüstəmovu SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş direktoru Mahir Məmmədov əvəzləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya