Azərbaycan voleybolu üçün həyəcan təbili: Klublar fəaliyyət göstərə bilmir
14:12 31.05.2021
İdman
564
Kişi və qadınlardan ibarət Azərbaycan çempionatının 2021/22 mövsümü keçirilməyə bilər.
Buna səbəb Azərbaycan klublarının maddi problemlərlə üzləşməsidir.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin Oxu.Az-a verdiyi açıqlamaya görə, onlar yalnız iki klubun maddi xərclərini qarşılamağa hazırdırlar:
“Pandemiya vaxtı bütün klublar fəaliyyətini dayandırıb. Onlara indi maddi köməklik göstərilməsə, fəaliyyətlərini bərpa edə bilməyəcəklər. Federasiya prezidenti Cavid Qurbanov iki kluba maddi köməklik göstərə biləcəyini bildirib. Bunlar qadınlarda “Azərreyl”, kişilərdə isə “Murov” klublarıdır. Bir də “Neftçi” klubu öz hesabına Azərbaycan çempionatında çıxış edə biləcəyini bildirib. Digər klubların maddi vəziyyəti yaxşı deyil. Avqustda Avropa çempionatında iştirak edəcək bir yığmanın ölkəsində çempionatın keçirilməməsi heç yaxşı deyil. Ona görə də voleybolun yaşaması üçün maddi dəstəyə ehtiyac var”.
O, Gənclər və İdman Nazirliyinə yeni rəhbər təyinatını gözlədiyini bildirib:
“Azad Rəhimovun vəfatından sonra həmin vəzifəyə təyinat olmayıb. İndi gözləyirik ki, yeni nazir təyinatı həyata keçirilsin. Biz dövlətdən maddi dəstək almasaq, klublarda çalışan nə qədər oyunçu maaşsız qalacaq, ailələrinə baxa bilməyəcəklər. Əgər köməklik olunsa, sentyabr-oktyabr aylarında Azərbaycan çempionatını keçirməyə hazırıq”.
Qeyd edək ki, sonuncu dəfə voleybol üzrə Azərbaycan çempionatlarının oyunları 2019/20 mövsümündə keçirilib. Lakin pandemiya həmin yarışı yarımçıq saxlayıb. Sonuncu çempionatlarda Azərbaycanın altı qadın və yeddi kişi klubu mübarizə aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə