Azərbaycan yığması Avropa Cüdo Birliyinin təşkil etdiyi toplanışa qatılıb

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Macarıstana yollanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, yığma üzvləri Avropa Cüdo Birliyinin təşkiltaçılığı ilə Tata şəhərində bu gün start götürən Olimpiya təlim-məşq toplanışına qatılıb.

Aprelin 17dək davam edəcək təlimlərdə idmançılar müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqlarını mənimsəməklə hazırlıq səviyyələrini təkmilləşdirəcəklər.