"Azərbaycana bir daha getmək istəyirəm" - Şenol Günəş
15:13 12.01.2020
İdman
584
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsindəki rəqibləri barədə danışıb.
Təcrübəli mütəxəssis həmin rəqiblərlə oyunlara hazırlıq məqsədilə yenidən Bakıya səfər etmək istədiyini açıqlayıb:
"İtaliya ev sahibidi və güclü bir komandadı. Onlara tərs gələcək bir oyun üslubu seçməyə çalışacağıq. Ölkəmizi tanıtmaq baxımından gözəl bir şans olacaq. Uels 4-cü səbətdən gələ biləcək ən güclü komanda idi. Bu qrupda hər nəticə qeydə alına bilər. Qrup birincisi olmaq istəyirik, amma önəmli olan qrupdan çıxmaqdı. 1/4 finala, yarımfinala yüksəlmək hər kəsin xəyalıdı. Bu turnirdən alacağımız təcrübəni dünya çempionatına da daşımalıyıq.
Martda iki yoxlama oyunu keçirəcəyik. Sloveniya və Avstriyada oynayacağıq. Yay proqramını isə may ayı üçün planlaşdırırıq. Azərbaycan, Xorvatiya və İrlandiya ilə oynayacağıq. Uelsə qarşı keçirəcəyimiz ikinci oyunda qalib gəlsək, qrupdan çıxacağımızı düşünürəm. Öncə İtaliyaya gedib, sonra Azərbaycana uçmağımızın bizə necə təsir edəcəyini bilmirik.
UEFA rəsmiləri ilə söhbətlərimdə onlar "sizə Bakı çıxar" deyirlərdi. Orada stadion dolacaq, coşqu olacaq. 62 min nəfərlik arenada 50 min tərəfdarımız olacaq. İlkin hazırlıqlar üçün Azərbaycana bir daha getmək istəyirəm".
Xatırladaq ki, Şenol Günəş AÇ-2020-nin püşkatma mərasimindən bir neçə gün sonra Bakıda olmuş, buradakı infrastrukturla, oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu ilə tanış olmuşdu. Onun növbəti səfərinin vaxtı isə hələlik, dəqiq deyil.
Türkiyə millisi İtaliya, Uels və İsveçrə ilə eyni qrupda yer alıb. "Ay-ulduzlular" Uels və İsveçrəyə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
(goal.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region