Azərbaycanda daha bir federasiyada prezident seçkisi keçiriləcək

Sabah Azərbaycan Kamandan Oxatma Federasiyasının Hesabat-Seçki Yığıncağı keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, tədbir saat 12:00-da başlayacaq.
Seçki ənənəvi olaraq Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.
Qeyd edək ki, Kamandan Oxatma Federasiyasının indiki prezidenti Şahin Mövsümovdur. O, Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşıdır.