Azərbaycanlı məşqçi sayəsində erməni idmançıya uzunmüddətli cəza verildi - VİDEO
17:02 14.01.2020
İdman
803
Əslində, dekabrda Rafael Abrahamyanla döyüşməli idik. Ancaq sonra döyüşü fevralda Moskvada keçirmək istədilər. Moskvada bir azərbaycanlı məşqçi və ətrafındakılar səbəbindən Rafaelə altı ay cəza verildi. Ona görə də cəzasının başa çatmasını gözləyirik.
Bunu Oxu.Az-a türkiyəli MMA döyüşçüsü Batuhan Akduman deyib.
Oktyabrın 6-da Rusiya ermənisi olan Rafael Abrahamyan Samara şəhərində təşkil olan“Gorilla Fighting 18” turnirində Batuhan Akduman adı ilə təqdim olunan, lakin Türkmənistandan olduğu güman edilən döyüşçüyə qalib gəlib. Onun rəqibini ölümcül şəkildə boğaraq məğlub etməsi dünya mətbuatında sərt şəkildə tənqid olunub.
Bundan sonra əsl Batuhan Akduman mətbuata çıxaraq Abrahamyanla heç vaxt döyüşmədiyini bildirib və erməni idmançını döyüşə dəvət edib. Lakin dekabrın 15-nə planlaşdırılan döyüş baş tutmayıb. Batuhan bu barədə saytımıza açıqlama verib:
“Döyüş keçirmək istədiyimi bildirəndə mənimlə Rusiyada yaşayan Fərrux Hümbətov (və ya Qəmbərov) adlı məşqçi əlaqə saxladı. Onun Moskvada zalı var, orda azərbaycanlı idmançıları yetişdirir, həm də onların menecerliyini edir. Məhz bu döyüşü keçirmək üçün öz menecerliyini təklif etdi.
Amma bəzi məsələlərdə onunla anlaşa bilmədik. Daha sonra Rafaelə Rusiya MMA Federasiyasından rəqibinin ürəyi getdikdən sonra ona vurduğu üçün cəza tətbiq edilməsini istəyiblər və buna nail olublar. Amma mən də bir az şübhələnirəm ki, mənimlə döyüşməmək üçün belə edirlər.
Rafael əvvəl demişdi ki, Yerevanda döyüşək. Mən razı idim. Ancaq azərbaycanlı menecer siyasi səbəblərdən ora getmək istəmədi. Həmçinin, Londonda da görüşü keçirmək söhbəti vardı. Lakin bunun üçün güclü maliyyə tələb olunurdu. Daha sonra döyüşü Rusiyada keçirməyə razılaşdıq. Lakin ona cəza verildi.
Bununla belə, Azərbaycana və Türkiyəyə demək istəyirəm ki, mən altı ay deyil, altı il sonra belə olsa da, o Rafaellə döyüşüb, ona lazım olanı edəcəyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region