“Benfika”nın baş məşqçisi məğlubiyyəti belə şərh etdi
22:59 16.09.2025
İdman
395
“Benfika”nın (Portuqaliya) baş məşqçisi Brunu Lage UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a məğlubiyyəti (2:3) şərh edib.
QOL.az Portuqaliya mediasına istinadən yazır ki, oyundan sonra yerli “Sport TV”yə danışan Lage bunları deyib:
“İstədiyimiz nəticə bu deyildi. Oyuna çox yaxşı başladıq, ilk 30 dəqiqədə mükəmməl futbol oynadıq. Amma rəqibin ilk qolu bizi bir qədər oyundan saldı. Bundan sonra komandaya özünü tapmaq və oyunda qalmaq çətin oldu. Buraxdığımız iki qol bizə çox baha başa gəldi. Bizim kimliyimizə – necə müdafiə olunduğumuza, sıx oynamağımıza baxanda, bu səhvlər ağır nəticə verdi. Nəticə arzuladığımız kimi olmadı, bu da uğursuz bir axşam deməkdir”.
Baş məşqçi qolları da ayrıca təhlil edib: “İki dərin ötürmə ilə vəziyyət yarandı. Birincidə Dediç və Antonio (Silva) arasında böyük boşluq qaldı və top ordan keçdi. İkincidə isə müdafiə xətti irəli çıxdı, amma arxaya sızan rəqibi ofsayda sala bilmədi və qapımıza qol gəldi.”
Onun sözlərinə görə, bu səhvlər daha çox komandanın emosional şəkildə oyunu qazanmaq istəyi və yorğunluqla bağlı olub: “Əslində belə səhvlər olmamalı idi, amma oldu”.
Sonda Lage məğlubiyyətdən sonra komandaya mesajını çatdırıb: "Komanda ayağa qalxmağı bacarmalıdır. Baş verənləri təhlil etməli, meydanda və meydandan kənarda yaşadığımız dönəmi yaxşı başa düşməli və ən qısa zamanda toparlanmalıyıq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət