“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
17:05 15.09.2025
İdman
366
“Benfika”nın baş məşqçisi Bruno Lage “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.
QOL.az bu barədə Portuqaliya mətbuatına istinadən xəbər verir.
O deyib: “Komandamı motivasiyalı görürəm. Beynəlxalq arenada keçirdiyimiz dörd görüşdə ortaya qoyduğumuz oyunu təkrarlamaq, ötən mövsüm göstərdiyimiz performansı davam etdirmək istəyimiz böyükdür. Məqsədimiz 3 xal qazanmaq, yaxşı futbol oynamaq və azarkeşlərimizə unudulmaz Avropa gecəsi bəxş etməkdir”.
Lagenin sözlərinə görə, strategiyalar həmişə rəqibin xüsusiyyətlərinə görə qurulmalıdır: “Santa Klara” müdafiəyə daha çox çəkilən komandadır. "Qarabağ"ın "Ferensvaroş", "Lion" və "Olimpiakos"la qarşılaşmalarına baxdım və gördüm ki, onlar fərqli sistemdə çıxış edir. İnanıram ki, strategiya və oyun tamamilə başqa cür olacaq. Biz rəqibin buraxdığı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.
49 yaşlı portuqaliyalı məşqçi start heyəti ilə bağlı bunları söyləyib: “Komanda ilə növbəti yaxşı məşq gününü arxada qoyduq, sabah da davam edəcəyik. Bundan sonra ən uyğun onbirliyi müəyyənləşdirib qərarımızı verəcəyik”.
O bildirib ki, “Benfika”nın üzərindəki tələb hədsiz dərəcədə yüksəkdir: “Burada başqa nəticə ola bilməz. Bütün oyunları qazanmalıyıq”.
Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və saat Bakı vaxt ilə 23:00-da başlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə