"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

16 qat Türkiyə çempionu "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu posta Sergen Yalçın təyin olunub.

52 yaşlı mütəxəssis "qara qartallar"la 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

O, daha əvvəl istefaya göndərilən Ule Qunnar Sulşeri əvəzləyib.

Qeyd edək ki, Sergen Yalçın artıq 2020/21 mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb. Yalçının son iş yeri “Antalyaspor” olub.