Daha bir təmsilçimiz İslamiadada medal qazandı

Azərbaycan idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Bakuposr.az xəbər verir ki, qılıncoynadanımız Vahab Fətullayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, yarımfinalda məğlub olmaqla bürünc medala sahib çıxıb.