Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bürünc medal qazana bilər
13:40 17.08.2021
İdman
556
Azərbaycanın daha 5 güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, onlardan heç biri finala vəziqə qazana bilməyib.
61 kq çəki dərəcəsindəki Əbülfəz Nəsirov ilk mərhələdə Qazaxıstandan olan Salamat Malikovu məğlub edib. 1/8 finalda Özbəkistan güləşçisi Ümidcan Cəlalova qalib gələn idmançı yarımfinalın bir addımlığında iranlı Rəhman Amuzadxəlili ilə bacarmayıb. Rəqib finaladək irəlilədiyi üçün Əbülfəz təsəlliverici görüşə çıxacaq.
74 kq-da yarışan Turan Bayramov 1/8 finalda almaniyalı Stas Volfu vaxtından əvvəl məğlub edib. ABŞ təmsilçisi Kiqan Otoole ilə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Otoolenin finala çıxması Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib.
86 kq-da Saqadulla Ağayev debütdə qırğızıstanlı Samatbek Uuluya qalib gəlsə də, növbəti mərhələdə Fransanı təmsil edən Rahim Məhəmmədova yenilib. Rəqibin finala yüksəlməsi milli üzvünə bürünc medal qazanmaq şansı verib.
92 kq-da çıxış edən Abdulcəlil Şabanov startda moldovalı Dmitri Duskovdan güclü olub. Lakin 1/8 finalda rusiyalı İvan Kirillov keçilməz olub.
125 kq-da mübarizə aparan Aydın Əhmədov təsnifat mərhələsində bolqarıstanlı Georgi İvanovu sonuncu xal prinsipinə görə üstələyib. Növbəti raundda Gürcüstan təmsilçisi Giorgi Çixradzeyə də gücünü göstərən idmançı yarımfinalda ermənistanlı Lyova Gevorqyana uduzub. Əhmədov bürünc medal görüşünə çıxacaq.
61 kq
Təsnifat: Əbülfəz Nəsirov - Salamat Malikov (Qazaxıstan) 7:3
1/8 final: Əbülfəz Nəsirov - Ümidcan Cəlalov (Özbəkistan) *6:6
1/4 final: Əbülfəz Nəsirov - Rəhman Amuzadxəlili (İran) 2:12
Təsəlliverici görüş: Əbülfəz Nəsirov - Bartoş Soltis (Polşa)
74 kq
1/8 final: Turan Bayramov - Stas Volf (Almaniya) 10:0
1/4 final: Turan Bayramov - Kiqan Otoole (ABŞ) 5:5*
Təsəlliverici görüş: Turan Bayramov - Balint Balaş (Macarıstan)
86 kq
1/8 final: Saqadulla Ağayev - Samatbek Uulu (Qırğızıstan) 11:7
1/4 final: Saqadulla Ağayev - Rahim Məhəmmədov (Fransa) 5:12
Təsəlliverici görüş: Saqadulla Ağayev - Yon Demyan (Moldova)
92 kq
Təsnifat: Abdulcəlil Şabanov - Dmitri Duskov (Moldova) 11:3
1/8 final: Abdulcəlil Şabanov - İvan Kirillov (Rusiya) 2:9
125 kq
1/8 final: Aydın Əhmədov - Georgi İvanov (Bolqarıstan) *4:4
1/4 final: Aydın Əhmədov - Giorgi Çixradze (Gürcüstan) 3:0
1/2 final: Aydın Əhmədov - Lyova Gevorqyan (Ermənistan) 0:10
Bürünc medal görüşü: Aydın Əhmədov - Şaba Ubornyak (Macarıstan)/Kumar Anirud (Hindistan)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya