Dünya çempionatının loqosu təqdim olundu
07:17 18.01.2020
İdman
793
Sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək futzal üzrə dünya çempionatının embleminin təqdimat mərasimi olub. Litvanın paytaxtı Vilnüsdəki MO muzeyində keçirilən tədbirdə təşkilatçı ölkənin futbol federasiyasının Prezidenti Tomas Danileviçius, baş katib Edqaras Stankeviçius və FIFA-nın turnirlər üzrə rəhbəri Jayme Yarzanın salamlama nitqindən əvvəl işıq şousu altında yeni emblem təqdim olunub.
Emblemdə Litvanın iki qürurverici xüsusiyyəti – təbii ehtiyatları və texnoloji təcrübəsi vurğulanıb. Litvada gücün simvolu hesab edilən palıd ağacının yarpaqlarının da təsvir olunduğu kubok Litvanın dövlət bayraqlarının rəngləri ilə bəzədilib. Landşaftın üstünlüyü isə Litvanın öz təbii irsinin qorunmasına sadiqliyinin göstəricisi kimi qeyd olunub.
Xatırladaq ki, Azərbaycan millisinin də dünya çempionatında ardıcıl ikinci dəfə çıxış etmək şansı var. Komandamız ötən ilin sonlarında Bakıda vəsiqə qazandığı elit-raundun C qrupu çərçivəsində yanvarın 28-dən fevralın 2-dək Rusiya, Slovakiya və Xorvatiya ilə mübarizə aparacaq. Görüşlər Xorvatiyanın Osiyek şəhərində keçiriləcək.
Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq dörd komanda pley-offda üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region