Erməni futbolçular “rusiyalı”, azərbaycanlılar legioner sayılacaq
10:28 17.01.2020
İdman
829
Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olan ölkələrin futbolçuları 1 iyuldan etibarən Rusiya çempionatında legioner (Rusiya vətəndaşlığı olmayan əcnəbi futbolçu) sayılmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İdman Nazirliyi qərar çıxarıb.
Daha əvvəl AİB-ə üzv olan Belarusun futbolçularının legioner statusu ləğv olunmuşdu. 1 yanvar 2015-ci ildən fəaliyyət göstərən AİB-ə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Bu isə o deməkdir ki, Ermənistan, Qazaxıstan və Qırğızıstan vətəndaşı olan futbolçular Rusiya çempionatında legioner limitinə düşməyəcək.
Qeyd edək ki, hazırkı Rusiya Premyer Liqasının qaydalarına görə, bir komanda start heyətdə maksimum altı əcnəbi futbolçunun xidmətindən yararlana bilər. Rusiya çempionatında oynayacaq azərbaycanlı futbolçular isə yenə Rusiyada legioner sayılacaq.
Bu qaydaların Rusiyanın xokkey, voleybol, həndbol, basketbol, otüstü xokkey və su polosu idman növlərində də tətbiq olunması gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region