“Federasiyamız artıq yeni bir dövrə qədəm qoyur” – TADEF – in yeni sədri
07:15 31.08.2021
İdman
454
“Keçən həftənin bazar günü Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına üzv olan dərnəklət ilə birgə seçkilərlə iştirak etdik. Tədbirdə 44 günlük Vətən müharibəsində zəfər qazanan şanlı Azərbaycanımızın qardaş ölkədə layiqincə təmsil olunması üçün mühim qərarlar alındı. Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını əldə rəhbər tutaraq öz fəaliyyətimizi yenidən qurmaq, Türkiyədə fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarımız arasında daimi koordinasiyanı təmin etmək, dünya azərbaycanlıları üçün örnək təşkilata çevrilmək qarşımıza qoyduğumuz ön ümdə vəzifələrdəndir...
İnanırıq ki, bundan sonra görəcəyimiz işlər-həyata keçirəcəyimiz fəaliyyət Azərbaycan - Türkiyə münaibətlərinin inkişafına böyük töhfələr verəcək və regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda ciddi resurs kimi çıxış edəcək və Anti-Azərbaycan, Anti-Türkiyə qüvvələrin zaman-zaman təkrarlanan qarayaxma kampaniyalarının önündə yeri gələndə gələndə hücum, yeri gələndə müdafiə xətti olacaq.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş, şaxələndirilmiş və yeni müstəviyə qədəm qoymuşdur. Azərbaycan Prezidentinin "Mən hər bir azərbaycanlının Prezidenti olacam" cümləsi hər birimizin ana vətənimizə mənəvi bağlılığını daha gücləndirmişdir...
Fərqindəyik ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadəti ordumuzun Vətən Müharibəmizdə şanlı zəfəri qarşımızda yeni üfüqlər açmış, ölkələtimizin diaspor siyasətində yeni yanaşmaların ortaya çıxmasına zəmin yaratmışdır.
Ona görə də Azərbaycan Respublikasının yenilənən diaspor quruculuğunda canla-başla və səmərəli formada iştirak etmək üçün yenidən təşkilatlanmağı zəruri hesab etdik.
Əminik ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası yeni dövrə qədəm qoyacaq, qısa zaman ərzində nümunəvi fəaliyyət sərgiləyəcək, ki qardaş ölkə arasındakı qırılmaz münasibətlərin daha dərinləşməsinə ciddi töhfələr verməyi bacaracaq və Azərbaycanımızın haqq səsinin müxtəlif yerli və beynəlxalq platformalarda gur səslə duyulması üçün rupora çevriıməyi bacaracaq.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı!”
Bu sözləri Türkiyə Azərbaycan Dərnəkləri federasiyasının dünən keçirilən qurultayında sədr seçilən Ədalət Turan mediaya verdiyi açıqlamada bildirib. Federasiya sədri bildirib ki, Azərbaycan Türkiyə münasibətlərinin bütün dövrlərində flaqman kimi fərqlənən qurum bundan sonra da eyni şəkildə proseslərdə aktiv rol oynayacaq, iki ölkə arasında diaspor fəaliyyətlərinin inkişafına müxtəlif istiqamətlərdə öz töhfəsini verməyə çalışacaq. Ədalət Turanın sözlərinə görə, bu fəaliyyət zamanı ölkədəki bütün ictimai institutlarla, qeyri hökumət təşkilatları ilə, eyni zamanda cəmiyyətin tanınmış simaları ilə işləməyə hazırdırlar: "Federasiyanın bundan öncəki sədri çox hörmətli Bilal Dündarın fəaliyyətini yüksək qiymətləndiririk.
Zatən Bilal bəy bundan sonra da federasiyamızın fəxri sədri olaraq qalacaq. Biz keçmişimizə, dəyərlərimizə hörmətlə yanaşaraq ölkələrimizin bu günü və sabahı üçün çalışmalı, gördüyümüz bütün işlərdə dövrün tələbinə uyğun olaraq Azərbaycanımızın və Türkiyəmizin dövlət maraq və mənafelərinə uyğun olaraq ölkələrimizin qarşılarına qoyduqları hədəflərinə doğru inamla addımlamasına yardım etməliyik. TADEF olaraq planlarımızı yeri gəldiyi zaman ictimaiyyətə açıqlayacağıq...
Əsas olan hədəflərə gedən yolda yorulmadan, qarşımıza çıxan maneələri dəf edərək yolumuza davam etməkdir. Üzərimizə götürdüyümüz tarixi missiyanın öhdəsindən Azərbaycan üçün çalışmaq istəyən hər kəsin əlini sıxaraq, onlara qapılarımızı sonuna kimi açaraq gələcəyimizdən əminəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm