“Fənərbağça”nın prezidenti Sadettin Saranla bağlı məhkəmə prosesi yekunlaşıb.
Teleqraf xəbər verir ki, qanunsuz mərc oyunlarına təşviq etməkdə ittiham olunan Saran və qardaşı Alan Kenan Saran barəsində hökm oxunub.
Məhkəmə qərarına əsasən, Sadettin Saran və qardaşı Alan Kenan Saran “şəxsləri reklam və ya müxtəlif vasitələrlə qanunsuz mərc oyunlarında iştirak etməyə təşviq etmək” ittihamı üzrə hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onların hər birinə, həmçinin 562 min 500 Türkiyə lirəsi məbləğində cərimə kəsilib.
Eyni iş üzrə təqsirləndirilən Emre Eren və Azade Zeynep Haksal isə bəraət alıblar.