Fərid Qayıbov: Beş ayadək fəhlə kimi çalışdım
13:06 14.08.2025
İdman
345
Gənclər və idman naziri Fərid Qayıbov bu vəzifəyədək keçdiyi karyerasından danışıb.
Teleqraf-ın məlumatına görə, nazir ASAN TV-yə müsahibəsində Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirdiyini xatırladıb.
Nazir ilk işinin də bu sahə ilə bağlı olduğunu bildirib: "Riyaziyyatı sevirdim, ixtisasımı da sevə-sevə seçdim, daha sonra magistratura təhsili də aldım. İqtisadçı kimi Balaxanı Neft Şirkətində çalışmışam. Məni ora götürəndə iqtisadçı vəzifəsi yox idi. Təxminən 5 ay fəhlə kimi çalışdım. Müdir demişdi ki, işi başa düşməyim üçün aşağıdan başlamalıyam. 4-5 aylıq müddətdən sonra gözlənildiyi kimi məni oraya çağırdılar. Bu vəzifədə də təxminən iki il yarım çalışdım. Gənc idim, idarəmiz də Sabunçuda idi, işə həmişə şəhərdən gedirdim. Maraqlı bir iş idi. 22 yaşım var idi və bu mənim ilk ciddi işim idi".
F.Qayıbov 2003-cü ilin aprelindən yeni yaradılan Azərbaycan Gimnastika Federasiyasında (AGF) çalışmağa başladığını söyləyib. O, istiqamətini dəyişməsinin konkret səbəbini açıqlamaqda çətinlik çəkdiyini bildirib: "Evimizə yaxın idi (gülür). Biz şəhərin mərkəzində - Nizami küçəsində yaşayırdıq. Federasiya yeni yaradılırdı və mənə maraqlı gəlirdi. O vaxt Azərbaycanda gimnastikanın nə olduğu bilmirdilər. Bu müddət ərzində Gimnastika Federasiyasında çoxlu işlər görülüb. Milli Gimnastika Arenası çox möhtəşəm arenadır. Dünyanın bütün qitələrindən təlim-məşq toplanışı keçirmək üçün oraya gəlirlər. O vaxt isə heç bir zal yox idi, mütəxəssis yox idi, idmançı yox idi. İdmançılarımızı göndərirdik ki, haradasa məşq etsinlər. Gördüyünüz kimi bu müddət ərzində çox şeylər dəyişdi. Federasiyanın prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində əldə olunan nəticələrdir".
Nazir AGF-də 18 illik fəaliyyəti dövründə iki dəfə Avropa Gimnastikasının prezidenti vəzifəsinə seçildiyini də xatırladıb: "18 il böyük bir təcrübədir. Orada çalışarkən düşünmürdüm ki, bir gün gənclər və idman naziri olacağam".
Qeyd edək ki, Fərid Qayıbov 7 sentyabr 2021-ci ildə gənclər və idman naziri vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya