Fernandu Santuş Azərbaycan millisindən göndərildi - RƏSMİ

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
Teleqraf xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev açıqlayıb.
O, portuqaliyalı mütəxəsisslə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini bildirib.
Azərbaycan komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 yığmanın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Qeyd edək ki, Fernandu Santuş 2024-cü ilin yayından Azərbaycan millisinin baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 11 oyunun 9-da uduzub, 2-də heç-heçə edib.